• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

"Xınalıq UNESCO-da 1 il" mövzusunda mediatur təşkil edilib

Gündəm / Cəmiyyət

10-10-2024, 10:01

"Xınalıq UNESCO-da 1 il" mövzusunda mediatur təşkil edilib

Oktyabrın 9-da Dövlət Turizm Agentliyi media nümayəndələri üçün “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğuna mediatur təşkil edib.

“Xınalıq UNESCO-da 1 il" mövzusuna həsr edilmiş turda 40-dan çox KİV təmsilçisi iştirak edib.

Mediaturda Xınalıq və Köç yolu mədəni landşaftının Ümumdünya irsi elan olunduqdan sonrakı bir il ərzində görülən işlər barədə məlumat verilib.

Qeyd olunub ki, artıq "Xınalıq və Köç Yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunda strukturlaşdırma işləri tamamlanıb. Həmçinin, UNESCO Dünya İrs Komitəsinin qaydaları əsasında bərpa-konservasiya sahəsinə dair vacib sənədlər hazırlanıb, qoruq ilə bağlı məlumat bazasının yaradılması üzrə işlərə başlanılıb.

Mediatur zamanı Xınalığın əsas mədəni irs dəyər atributlarını özündə daşıyan memarlıq elementlərinin qorunması və konservasiyası istiqamətində DTA tərəfindən görülən işlər, o cümlədən kənd ərazisində aparılan təmir və bərpa işləri ilə bağlı da məlumat verilib.

Kəndin memarlığının özündə daşıdığı tarixi dəyərləri qorumaq məqsədilə 2020-ci ildən etibarən Xınalıq kəndində qəzalı vəziyyətdə olan 60 evin bərpası üçün layihələndirmə işlərinin aparıldığı, 41 evin isə tamamilə təmir-bərpa olunaraq əhalinin istifadəsinə verildiyi bildirilib.
Növbəti iki ildə daha 19 evin təmir-bərpası planlaşdırılır.

Xınalıq kəndindəki evlər əsasən iki mərtəbədən ibarət olduğu üçün, ümumilikdə ev üzrə təmir bərpa olunan sahə kifayət qədər genişdir və 18 min kv. metrdən çox ərazini əhatə etdiyi vurğulanıb.

İşlərin aparılmasında əsas çətinliyin Xınalıq kəndinin dağlıq relyefə və sərt iqlimə malik olması, buradakı hava şəraitinin ilin yalnız 5 ayında (may-sentyabr) tikintinin aparılmasına imkan verməsi ilə bağlı olduğu da qeyd edilib.

Jurnalistlərə o da bildirilib ki, mövcud mürəkkəb relyef və çətin hava şəraiti ilə yanaşı, öncədən planlaşdırılan iş həcminin sonradan artması da inşa işlərinin uzanmasına və daha çox maliyyə vəsaitinin xərclənməsinə səbəb olur.

Belə ki, Xınalıq kənd sakinlərinin çoxsaylı müraciətləri əsasında onların daha rahat şəraitin yaradılması məqsədilə, öncədən layihədə nəzərdə tutulmayan tikililərin - təndirxanalar, sanitar qovşaqları, heyvanların saxlanması üçün tövlələr və s. da inşası da sonradan işlərə əlavə edilib ki, bunlar da yekunda xərclərin ciddi artımına yol açıb.

Dünya İrs Komitəsinin tövsiyələri əsasında Xınalıq memarlığının atributlarını qorumaq məqsədilə bərpa-təmir işlərində yüksək qiymətli xüsusi tikinti materiallarından istifadə olunması da xərclərə təsir edən amillərdən biridir.

Media nümayəndələrinə bildirilib ki, Xınalıq kəndində təmir-bərpa üzrə genişmiqyaslı işlərin aparılması, DTA tərəfindən həyata keçirilən digər layihələr əhalinin rifah halına və məşğulluğunun artmasına səbəb olub. Belə ki, bir neçə il ərzində kənd əhalisinin demək olar 90 faizi müəyyən fasilələrlə işə cəlb olunub.

Bundan əlavə, Xınalığın UNESCO dünya irsi elan olunması yerli və xarici turistlərin kəndə diqqətini artırıb və bu baxımdan yeni turizm məhsullarının yaradılması kənd əhalisi arasında özünüməşğulluğun inkişaf etməsinə səbəb olub. DTA tərəfindən “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya qoruğu ərazisində kempinq, haykinq kimi turizm məhsullarının yaradılması istiqamətində də işlər aparılıb.

Xatırladaq ki, Dövlət Turizm Agentliyinin tabeliyində “Xınalıq və Köç yolu" Dövlət Tarix Mədəniyyət və Etnoqrafiya Qoruğu 2023-cü il sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə yaradılıb. Bundan bir müddət sonra 2023-cü il sentyabrın 18-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında “Xınalıq və Köç yolu mədəni landşaftı”nın UNESCO-nun Ümumdünya irs siyahısında daxil edilməsinə dair qərar qəbul edilib. Xınalıq xalqının köçəri yaşayış tərzi, unikal dili, Qafqaz dağlarında məskun salmış qədim memarlıq ənənələri və Xınalıq icmasının mürəkkəb təbii şəraitə uyğun şəkildə yaşayış qaydaları bu ərazinin müstəsna ümumbəşəri dəyərlərini əks etdirir.


















Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

26-08-2025, 08:52

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Gündəm / Cəmiyyət

28-07-2025, 10:34

İxtisas seçimində kimlər iştirak edə BİLMƏYƏCƏK...

Gündəm / Cəmiyyət

3-07-2025, 16:25

Şəhərlərin gələcəyi Bakıda qurulur: Azərbaycan şəhərsalma sahəsində qlobal səviyyədə növbəti imzasını atır - TƏHLİL

Gündəm / Siyasət

27-01-2025, 12:43

Ermənistanın iqtisadi potensialının tükənməsi – ŞƏRH

Gündəm / Araşdırma

25-09-2024, 13:27

Azərbaycan-Özbəkistan Media Forumu: münasibətlərin səviyyəsinin yüksəldilməsi üçün intellektual platforma - ŞƏRH

Araşdırma
Əli Əsədov Çin Yol və Körpü Korporasiyasının prezidenti ilə görüşüb
Magistraturaya boş qalan plan yerlərinə 617 nəfər qəbul edilib
Azərbaycanda 921 diplom tanınmadı - RƏSMİ
Savaşlardan doğulmuş Pakistan - 78 illik sınaqlardan üzüağ çıxan dövlət - ŞƏRH
Fransa XİN: Alyaskadakı sammit atəşkəs və danışıqların başlanmasına gətirib çıxarmalıdır
DSX: Ay ərzində dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
Hadisə
25-08-2025, 16:48
Qəbələdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
25-08-2025, 15:33
“Sədərək”dəki yanğın tam söndürüldü - YENİLƏNİB
23-08-2025, 11:38
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
22-08-2025, 17:39
Abşeronda boya sexində baş verən yanğında 6 nəfər tüstüdən zəhərlənib
19-08-2025, 13:57
Gəncədə dayısı və arvadını bıçaqlamaqda təqsirləndirilən şəxs 19 il azadlıqdan məhrum edilib
19-08-2025, 11:55
Saatlıda avtomobil su kanalına düşüb, xəsarət alan var
Son xəbərlər
  • 27-08-2025, 18:56
    KİV: Yaponiya və ABŞ sentyabrda təlim keçirəcək
  • 27-08-2025, 17:29
    Zəngəzur dəhlizi - iqtisadi dividendlərdən siyasi sabitliyə - TƏHLİL
  • 27-08-2025, 16:45
    3 rayonda qaz kəsiləcək
  • 27-08-2025, 15:33
    Energetika naziri Samuxda vətəndaşları qəbul edəcək
  • 27-08-2025, 13:46
    Azərbaycan millisinin baş məşqçisinin mətbuat konfransı keçiriləcək
  • 27-08-2025, 12:21
    Ermənistan və Qırğızıstan XİN başçıları Vaşinqtonda əldə edilmiş razılaşmaları müzakirə ediblər
  • 27-08-2025, 11:25
    Küləki hava avqustun 29-dək davam edəcək
  • 26-08-2025, 18:50
    Xətai rayonunun bir hissəsinə suyun verilməsi müvəqqəti dayandırılacaq
  • 26-08-2025, 18:22
    Bakıda Azərbaycan-Ukrayna IT forumu keçiriləcək
  • 26-08-2025, 17:37
    Təhsil krediti alan tələbələrin əhatə dairəsi genişləndirilib
  • 26-08-2025, 16:19
    Mikayıl Cabbarov: "Azərbaycan-ABŞ ticarət əməkdaşlığı yüksələn xətlə inkişaf edir"
  • 26-08-2025, 15:44
    Əli Əsədov: İlham Əliyevin rəhbərliyi ilə qazanılan zəfərlər Vaşinqtonda ABŞ Prezidentinin iştirakı və imzası ilə rəsmiləşdirildi
  • 26-08-2025, 14:39
    Salem Əl-Ketbi: Əliyev və Paşinyan Cənubi Qafqazda xəritələri və marşrutları yenidən formalaşdıra biləcək saziş imzalayıblar
  • 26-08-2025, 12:46
    Sabah yağış yağacaq - PROQNOZ
  • 26-08-2025, 11:18
    Bu il internat müəssisələrində valideynlərini itirmiş uşaqların sayı artıb
  • 26-08-2025, 09:53
    Binəqədi rayonunun bəzi ərazilərində işıq olmayacaq
  • 26-08-2025, 09:13
    Tramp ABŞ texnologiya şirkətlərinə təzyiq edən ölkələri rüsumları artırmaqla hədələyib
  • 26-08-2025, 08:52
    Bu gün Mehriban Əliyevanın doğum günüdür
  • 25-08-2025, 18:32
    Prezident İlham Əliyev onu böyük lider adlandıran Donald Trampa təşəkkür edib
  • 25-08-2025, 17:22
    Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
  • 25-08-2025, 16:48
    Qəbələdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
  • 25-08-2025, 16:06
    Şahin Şıxlinskidən xəbər var! - Toyuq hini kimi yerdə saxlanılır, vəziyyəti ağırdır
  • 25-08-2025, 15:33
    “Sədərək”dəki yanğın tam söndürüldü - YENİLƏNİB
  • 25-08-2025, 12:27
    Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq
  • 25-08-2025, 12:01
    İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib
  • 23-08-2025, 15:58
    Ceyhun Bayramov ilə Sergey Lavrov regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib
  • 23-08-2025, 11:38
    Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
  • 23-08-2025, 11:22
    Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
  • 23-08-2025, 10:56
    Dünya fond bazarlarının əsas indeks göstəriciləri
  • 23-08-2025, 10:25
    Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu
  • 22-08-2025, 19:10
    Tramp Zelenski və Putini təkbətək görüşdürmək istəyir
  • 22-08-2025, 18:52
    Aİ, Britaniya və Avstraliya XİN başçıları İsrailin yeni planını pisləyib
  • 22-08-2025, 18:33
    Füzuli və Arxadağ şəhərləri qardaşlaşıb
  • 22-08-2025, 17:39
    Abşeronda boya sexində baş verən yanğında 6 nəfər tüstüdən zəhərlənib
  • 22-08-2025, 17:03
    Əli Əsədov Çin Yol və Körpü Korporasiyasının prezidenti ilə görüşüb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Natiq Zabitoğlu Rəhimov
  • Telefon: (+99450) 887 22 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ekomediatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə