• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Fələstinin tanınması oyunu – 78 ildir açılmayan düyün - ŞƏRH

Gündəm / Siyasət

28-07-2025, 16:43

Fələstinin tanınması oyunu  – 78 ildir açılmayan düyün - ŞƏRH

 
BMT-nin Nyu-Yorkdakı qərargahında Fələstinin tanınması məsələsi üzrə iyulun 28-30-da beynəlxalq konfransın keçirilməsi planlaşdırılıb. Bundan öncə belə bir tədbirin iyunun 17-20-də keçirilməsi nəzərdə tutulmuşdu. İyunun 13-də İsrail və İran arasında silahlı münaqişənin başlaması səbəbindən tədbirin təxirə salındığı elan edilmişdi.

Ümumilikdə, Fələstin BMT-nin 148 üzvü tərəfindən tanınıb. 95 ölkədə Fələstin səfirlikləri və daimi nümayəndəlikləri fəaliyyət göstərir. Odur ki, İsrail dövləti yaranmağa başlayandan Fələstin məsələsi də Yaxın Şərqin, habelə beynəlxalq siyasətin aparıcı mövzularından olub. Bunu qlobal miqyasda aparıcı güclərin maraqlarının toqquşduğu nöqtə də saymaq olar.

Bu günlərdə Fransa və Böyük Britaniyada Fələstinin tanınması məsələnin müzakirəsi onun beynəlxalq siyasətdə oynadığı rolu, təsir gücünü isbatlayır. Böyük Britaniya parlamentarilərinin üçdə-birindən çoxu - doqquz siyasi partiyadan 221 deputat Baş nazir Kir Starmeri Fələstin dövlətinin müstəqilliyini tanımağa çağıran birgə məktub imzalayıblar.

"Biz başa düşürük ki, Böyük Britaniya Fələstinin azadlığını və müstəqilliyini təmin etmək imkanına malik deyil, ancaq tarixi əlaqələrimiz, BMT Təhlükəsizlik Şurasındakı üzvlüyümüz krallığın onu tanımasına əhəmiyyətli təsir göstərərdi”, - onlar vurğulayıblar.

Parlamentarilərin bəyanatı ABŞ Prezidenti Donald Trampın Şotlandiyaya dördgünlük səfəri ərəfəsində səslənib. Bu ziyarət çərçivəsində onun iyulun 28-də Kir Starmerlə görüşü də planlaşdırılıb.

Bu müraciətdən sonra Baş nazir hökumətin təcili toplantısını keçirib.

Məlumata görə, Baş nazirin müavini Angela Rayner, daxili işlər naziri Yvette Kuper və xarici işlər naziri Devid Lemmi də Britaniya hökumətinin Fransa ilə birlikdə Fələstin dövlətinin yaradılması məsələsində aparıcı rol oynamasının tərəfdarıdırlar.

Yeri gəlmişkən, Böyük Britaniya parlamenti 2014-cü ilin payızında Fələstini suveren dövlət kimi tanımağa çağıran qətnamə qəbul edib. Krallığın ovaxtkı Baş naziri Devid Kemeronun mətbuat katibi o zaman bildirmişdi ki, Britaniya xarici siyasətini dəyişməyəcək.

Bununla Böyük Britaniya Fələstini dövlət kimi təsnif etməsə də, bir neçə il öncə bildirmişdi ki, bu, fələstinlilərlə İsrail arasındakı münaqişənin sülh yolu ilə həllinə kömək edərsə, o, qərarını istənilən vaxt dəyişə bilər. Onda 274 deputat bu qətnamənin lehinə, 12-si isə əleyhinə səs vermişdi.

Bu günlərdə Fransa prezidenti Emmanuel Makron hay-küylü bəyanatla çıxış edib. O, Fələstin dövlətinin müstəqilliyini tanımaq niyyətində olduqlarını bildirib. Makron bu qərarı sentyabrda BMT Baş Assambleyasının illik sessiyasında təntənəli şəkildə elan edəcəyini vurğulayıb.

Təbii ki, Yelisey sarayından belə bir açıqlama İsrail və ABŞ tərəfindən sərt bəyanatla qarşılanıb. ABŞ Prezidenti Donald Tramp Emmanuel Makronun Fələstin dövlətini tanımaq planını rədd edərək bildirib: “O, çox yaxşı insandır. O, xoşuma gəlir, amma bu bəyanatın heç bir əhəmiyyəti yoxdur”.

Fransa lideri yuxarıda bəhs etdiyimiz Nyu-Yorkda keçiriləcək beynəlxalq konfransda iştirak etməyəcək. Ona görə belə ehtimal olunur ki, bu fakt Fransanın Fələstinin suverenliyini tanıyacağı ehtimalını azaldır.

Fələstin məsələsi İkinci Dünya Müharibəsindən sonra ikiyə bölünmüş beynəlxalq sistemdə bir-birinə təzyiq və təsir aləti olaraq istifadə edildi. Sovetlər dağıldıqdan sonra bu məsələ aktuallığını itirmədi. Başlıca aktor olar ABŞ meydanda tək qaldı. 1979-cu il inqilabından sonra ona bu istiqamətdə tarazlığı İran İslam Respublikası yaratmağa çalışdı. Lakin sonradan məlum oldu ki, Tehran hakimiyyəti Fələstin məsələsindən və orada fəaliyyət göstərən silahlı qruplaşmalardan İsrailə təsir göstərmək üçün proksi qüvvə, siyasi təzyiq vasitəsi olaraq istifadə etməyə başladı.

Qəzza zolağında faktiki "hökumət" olan HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumu İranın da maraqlarını ifşa etdi. 46 il “İsrailə ölüm!”, “Amerikaya ölüm!” şüarı ilə yaşayan Tehran Fələstin məsələsi ilə bu ideyasını reallaşdırmaq istəyib. Çünki İran İslam Respublikasının banisi ayətulla Ruhulla Xomeyni İsraili dünyanın siyasi xəritəsindən siləcəklərini bildirirdi.

Yəhudi dövləti ilə birbaşa sərhədləri olmadığından İslam Respublikası proksi dəstələri ilə İsrailin təhlükəsizliyini təhdid edib, eyni zamana, Fələstinin hamisi olduğunu göstərməyə çalışıb. Son zamanlar regionda baş vermiş hadisələr İrandakı hakimiyyətin bu istiqamətdə hədəf və məqsədlərini ifşa edib.

Bu uğursuzluğun ardınca Tehran HƏMAS və başqa silahlı qruplaşmalarla əlaqəsinin olduğunu təkzib etdi. Ancaq qruplaşmanın başçısı İsmayıl Həniyənin Tehranda qətlə yetirilməsi İslam Respublikasının Fələstin məsələsində birbaşa iştirakını təsdiqləyir.

Yaxın Şərq əvvəllər Osmanlı dövlətinin nəzarəti altında olub. Onun regiondan çıxması, yaxud çıxarılması ilə ərazi Böyük Britaniya, onun ardınca Fransanın işğalı ilə nəticələnib. İkinci Dünya Müharibəsindən sonra Yaxın Şərqə ABŞ və SSRİ nəzarət edib. Sovetlərin dağılması ilə bölgədə təsir və nüfuz sahibi təkcə ABŞ olub.

Son zamanlar başqa məsələlərdə olduğu kimi, Yaxın Şərqin nəzarət altına alınmasında Çin “mən də varam” deyir. Ötən illərdə onun ərəb dövlətləri ilə iqtisadi-ticarət əlaqələrini genişləndirməsi, hətta Səudiyyə Ərəbistanı ilə İran arasında barışıq üçün vasitəçilik etməsi onun regionda nüfuzunun göstəricisi sayılır.

Fələstin yaranandan Fransa və Böyük Britaniya onu tanımayıb. ABŞ ilə yanaşı, Çinin də bölgədə mövcudluğundan Fransa və Britaniya da fəallığını artırmağa başlayıb.

Məlum olduğu kimi, Livan Fransanın təsiri, protektoratlığı altındadır. Ancaq iranyönlü “Hizbullah” silahlı qüvvələri ilə yəhudi dövləti arasında toqquşma Livan-İsrail münasbətlərinə, deməli, həm də Fransanın maraqlarına təsirsiz ötüşməyib.

Odur ki, Afrikadan, keçmiş müstəmləkə topaqlarından sıxışdırılan, çıxarılan Fransa regional və qlobal miqyasda nüfuzunu bərpa etmək, güc olduğunu nümayiş etdirmək üçün Fələstinin tanınması məsələsindən siyasi alət, yaxud bazarlıq elementi olaraq istifadə etməyə başlayıb.

Yer gəlmişkən, rəsmi Paris Suriyadakı vəziyyəti də İsrail və ABŞ ilə birlikdə müzakirə edib.

Bu da onun regionda fəallığını artırması istiqamətində atdığı addımlardandır. Fransanın liderlik etdiyi Avropa İttifaqının Yaxın Şərq üzrə də bitkin konsepsiyası mövcud deyil. O, daha çox ABŞ-nin yürütdüyü siyasətə dəstək verməklə proseslərdə iştirak edir. Bu baxımdan, Aİ Fələstinin tanınması ilə bağlı plansızdır. Elə ona görə də ittifaqa daxil olan dövlətlər bu barədə ayrılıqda, müstəqil qərarlar, açıqlamalar verirlər. Onlar bununla yeni Yaxın Şərqə hazırlıq işləri görür. Böyük Britaniya Aİ-nin üzvü olmasa da, ABŞ-nin ən yaxın müttəfiqi olaraq Fələstinin tanınması prosesindən kənarda qalmamaq üçün bu istiqamətdə açıqlamalar verir, çağırışlar edir.

Yaxın Şərq dünyanın mədəniyyət, energetika, ziddiyyətlər mərkəzi olduğu kimi, həm də müxtəlif maraqların, ziddiyyətlərin toqquşduğu üzləşdiyi bölgədir.

Fələstinin tanınması güclərin “siyasi süfrəsinin” yenə menyusundadır. Ancaq bu məsələdə yenə hər kəs payın çoxunu öz qabına qoymağa çalışır. Onlar “Fələstinin tanınması” kimi açıqlamalarla daha çox regiondakı ərəb dövlətlərinin könlünü xoş etməyə çalışırlar. Bununla “biz bunu etdik” kimi sanki üzərilərinə götürdükləri öhdəliyə əməl etmiş sayılırlar. Çünki 78 ildən sonra yenidən Fələstinin tanınmasına qayıtmaq sövdələşmə elementinə daha çox oxşayır.

Bu dövlətin tanınmasında əsas söz sahibinin ABŞ və İsrail olduğunu bildirmək yenilik sayılmaz. Odur ki, onların xeyir-duası olmadan Fələstinin tanınması hələ də söz oyununa daha çox oxşayır. Prosesin reallaşması üçün təsir, təzyiq mexanizmi də yox dərəcəsindədir.

Fələstin xalqı 78 ildir qaçqın, didərgin vəziyyətində yaşayır, onun problemlərinin "həllindən" isə daha çox sui-istifadə olunur. Elə ona görə də bu düyün açılmır, ziddiyyətlər, silahlar danışır...(Report)

Paylaş:
Digər xəbərlər

Gündəm / Dünya

7-04-2025, 16:51

Makron: HƏMAS Qəzza zolağının idarə edilməsində iştirak etməməlidir

Gündəm / Dünya

18-01-2025, 09:20

İsrail hökuməti Qəzzada atəşkəs sazişini təsdiqləyib

Gündəm / Cəmiyyət

3-01-2025, 17:08

Ərdoğan: Tarix Qəzzadakı böhranla bağlı Türkiyənin haqlı olduğunu isbat edəcək

Gündəm / Araşdırma / Dünya

27-11-2024, 14:47

İsrail-Livan atəşkəsi: kim nə qazanıb? - TƏHLİL

Gündəm / Dünya

30-10-2024, 08:45

İsrail Ordusu döyüşlər zamanı 5 hərbçinin öldüyünü açıqlayıb

Araşdırma
Əli Əsədov Çin Yol və Körpü Korporasiyasının prezidenti ilə görüşüb
Magistraturaya boş qalan plan yerlərinə 617 nəfər qəbul edilib
Azərbaycanda 921 diplom tanınmadı - RƏSMİ
Savaşlardan doğulmuş Pakistan - 78 illik sınaqlardan üzüağ çıxan dövlət - ŞƏRH
Fransa XİN: Alyaskadakı sammit atəşkəs və danışıqların başlanmasına gətirib çıxarmalıdır
DSX: Ay ərzində dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
Hadisə
25-08-2025, 16:48
Qəbələdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
25-08-2025, 15:33
“Sədərək”dəki yanğın tam söndürüldü - YENİLƏNİB
23-08-2025, 11:38
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
22-08-2025, 17:39
Abşeronda boya sexində baş verən yanğında 6 nəfər tüstüdən zəhərlənib
19-08-2025, 13:57
Gəncədə dayısı və arvadını bıçaqlamaqda təqsirləndirilən şəxs 19 il azadlıqdan məhrum edilib
19-08-2025, 11:55
Saatlıda avtomobil su kanalına düşüb, xəsarət alan var
Son xəbərlər
  • 27-08-2025, 18:56
    KİV: Yaponiya və ABŞ sentyabrda təlim keçirəcək
  • 27-08-2025, 17:29
    Zəngəzur dəhlizi - iqtisadi dividendlərdən siyasi sabitliyə - TƏHLİL
  • 27-08-2025, 16:45
    3 rayonda qaz kəsiləcək
  • 27-08-2025, 15:33
    Energetika naziri Samuxda vətəndaşları qəbul edəcək
  • 27-08-2025, 13:46
    Azərbaycan millisinin baş məşqçisinin mətbuat konfransı keçiriləcək
  • 27-08-2025, 12:21
    Ermənistan və Qırğızıstan XİN başçıları Vaşinqtonda əldə edilmiş razılaşmaları müzakirə ediblər
  • 27-08-2025, 11:25
    Küləki hava avqustun 29-dək davam edəcək
  • 26-08-2025, 18:50
    Xətai rayonunun bir hissəsinə suyun verilməsi müvəqqəti dayandırılacaq
  • 26-08-2025, 18:22
    Bakıda Azərbaycan-Ukrayna IT forumu keçiriləcək
  • 26-08-2025, 17:37
    Təhsil krediti alan tələbələrin əhatə dairəsi genişləndirilib
  • 26-08-2025, 16:19
    Mikayıl Cabbarov: "Azərbaycan-ABŞ ticarət əməkdaşlığı yüksələn xətlə inkişaf edir"
  • 26-08-2025, 15:44
    Əli Əsədov: İlham Əliyevin rəhbərliyi ilə qazanılan zəfərlər Vaşinqtonda ABŞ Prezidentinin iştirakı və imzası ilə rəsmiləşdirildi
  • 26-08-2025, 14:39
    Salem Əl-Ketbi: Əliyev və Paşinyan Cənubi Qafqazda xəritələri və marşrutları yenidən formalaşdıra biləcək saziş imzalayıblar
  • 26-08-2025, 12:46
    Sabah yağış yağacaq - PROQNOZ
  • 26-08-2025, 11:18
    Bu il internat müəssisələrində valideynlərini itirmiş uşaqların sayı artıb
  • 26-08-2025, 09:53
    Binəqədi rayonunun bəzi ərazilərində işıq olmayacaq
  • 26-08-2025, 09:13
    Tramp ABŞ texnologiya şirkətlərinə təzyiq edən ölkələri rüsumları artırmaqla hədələyib
  • 26-08-2025, 08:52
    Bu gün Mehriban Əliyevanın doğum günüdür
  • 25-08-2025, 18:32
    Prezident İlham Əliyev onu böyük lider adlandıran Donald Trampa təşəkkür edib
  • 25-08-2025, 17:22
    Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
  • 25-08-2025, 16:48
    Qəbələdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
  • 25-08-2025, 16:06
    Şahin Şıxlinskidən xəbər var! - Toyuq hini kimi yerdə saxlanılır, vəziyyəti ağırdır
  • 25-08-2025, 15:33
    “Sədərək”dəki yanğın tam söndürüldü - YENİLƏNİB
  • 25-08-2025, 12:27
    Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq
  • 25-08-2025, 12:01
    İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib
  • 23-08-2025, 15:58
    Ceyhun Bayramov ilə Sergey Lavrov regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib
  • 23-08-2025, 11:38
    Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
  • 23-08-2025, 11:22
    Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
  • 23-08-2025, 10:56
    Dünya fond bazarlarının əsas indeks göstəriciləri
  • 23-08-2025, 10:25
    Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu
  • 22-08-2025, 19:10
    Tramp Zelenski və Putini təkbətək görüşdürmək istəyir
  • 22-08-2025, 18:52
    Aİ, Britaniya və Avstraliya XİN başçıları İsrailin yeni planını pisləyib
  • 22-08-2025, 18:33
    Füzuli və Arxadağ şəhərləri qardaşlaşıb
  • 22-08-2025, 17:39
    Abşeronda boya sexində baş verən yanğında 6 nəfər tüstüdən zəhərlənib
  • 22-08-2025, 17:03
    Əli Əsədov Çin Yol və Körpü Korporasiyasının prezidenti ilə görüşüb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Natiq Zabitoğlu Rəhimov
  • Telefon: (+99450) 887 22 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ekomediatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə