• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycanın qlobal səviyyədə təsdiqlənən ittihamları – ifşa olunan oğru, saxtakar senatorlar - ŞƏRH

Gündəm / Siyasət

22-07-2025, 16:11

Azərbaycanın qlobal səviyyədə təsdiqlənən ittihamları – ifşa olunan oğru, saxtakar senatorlar - ŞƏRH


Konqresmen Adam Şiffi yenə ittiham edən ABŞ Prezidenti Donald Tramp onun məsuliyyətə cəlb olunmasını istəyib. Konqresmeni vergidən yayınmaqda və bu sahədə fırıldaq işlərlə məşğul olmaqda günahlandırıb.

Dövlət başçısı “Truth Social” səhifəsində bu barədə belə yazıb: “Adam Şiff oğrudur! Demokratlar məni və digər hər kəsi məsuliyyətə cəlb etməyə çalışdıqları kimi, o da məsuliyyətə cəlb edilməlidir. Yeganə fərq ondadır ki, biz tamamilə günahsız idik, bütün bunlar böyük bir mif idi”.

Paylaşımının təsdiqi olaraq, Adam Şifflə bağlı vergi sənədini də paylaşıb.

Donald Tramp konqresmenin saxtakarlığını da ifşa edib. O, sosial şəbəkədə paylaşdığı daha bir postda A.Şiffin kredit almaq üçün sənədləri saxtalaşdırdığını vurğulayıb. ABŞ Prezidentinin qənaətincə, konqresmenin bu səbəbdən də böyük problemləri var.

Donald Trampla Kaliforniyadan olan senator arasında bu ilk hadisə deyil.

Bir müddət öncə Tramp vurğulayıb ki, senator fırıldaqlarına görə həbs edilməlidir: “Mən həmişə şübhə edirdim ki, hiyləgər Adam Şiff bir fırıldaqçıdır. İndi öyrənirəm ki, “Fannie Mae”nin maliyyə cinayətləri şöbəsi Adam Şiffin daimi olaraq ipoteka fırıldaqlığı ilə məşğul olduğu qənaətinə gəlib”.

Donald Tramp bildirib ki, Adam Şiff daha ucuz ipoteka əldə etmək və ABŞ-ni soymaq üçün əsas yaşayış yerinin Merilend olduğunu qeyd edib, halbuki o, Kaliforniyadan konqresmen olduğuna görə orada yaşamalı idi”.

Onun sözlərinə görə, Adam Şiff 2009-cu il fevral 6-da Merilenddəki əmlakının yenidən maliyyələşdirərəkən fırıldaq işlədib. 2020-ci il oktyabr 13-cə bu şəhərdəki əmlak düzgün şəkildə ikinci ev kimi qeyd edilənə qədər çoxsaylı əməliyyatlar vasitəsilə bu cinayət əməlini davam etdirib.

Donald Tramp onda da senatorun məsuliyyətə cəlb edilməsini tələb edib.

2019-cu ilin sentyabrında ABŞ Prezidenti demokrat konqresmen Adam Şiffi dövlətə xəyanətdə ittiham etmişdi. Onda Şiff Nümayəndələr Palatasındakı çıxışında Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığının məzmununun xülasəsini açıqlamışdı.

Tramp onda Şiffi fikirlərinin təhrif etməkdə ittiham etmişdi. Çünki onda konqresmen ABŞ Nümayəndələr Palatasının kəşfiyyat komitəsinə sədrlik edirdi.

D. Tramp Şiffin çıxışını Palatanın bütün tarixi ərzində səslənmiş “bəlkə də ən kobud yalan” adlandıraraq, konqresmeni fırıldaqçılığa, dövlətə xəyanətə görə ən yüksək səviyyədə sorğu-sual edilməsini istəmişdi.

Demokrat partiyasından olan Adam Şiff kəşfiyyat və təhlükəsizik qurumları ilə əlaqələrindən Donald Trampa qarşı istifadə etməyə çalışıb. O, 2015-ci ildə Trampın Rusiya ilə əlaqələrini də araşadırmağa səy göstərib.

Onda Prezident Şiffi "tam yalançı" adlandırmışdı: “Bütün bu cadugər ovu qanunsuz bir rüsvayçılıqdır”.

Adam Bennett Şiff kimdir? 1960-cı ilə iyunun 22-də Massaçusets ştatında yəhudi ailəsində anadan olub. 2024-cü ildən Kaliforniyadan ABŞ senatoru, 2019-cu ildən Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri olub.

Fəaliyyət göstərdiyi müddət o, işğalçı Ermənistanı müdafiə edərək, antiazərbaycan mövqeyi tutub. O, Qarabağdakı erməni separatçıları müdafiə edib. Bu kimi xidmətlərinə görə, Ermənistan onu mükafatlandırıb. 2011-ci ilin aprelində qondarma erməni soyqırımının beynəlxalq səviyyədə tanınmasında əhəmiyyətli töhfələrinə görə Mxitar Qoş Medalı, 2021-ci ilin dekabrında isə Ermənistanın “Dostluq Ordeni” ilə təltif olunub.

Lakin amerikalı siyasətçinin yalnız bu mükafatlar qarşılığında və ya erməni xalqına canı yandığı üçün Azərbaycana və Türkiyəyə qarşı qərəzli mövqe sərgilədiyini düşünmək sadəlövhlük olardı. Azərbaycanın rəsmi şəxsləri və ekspertləri dəfələrlə bəyan ediblər ki, Qərb siyasətçiləri erməni lobbisindən aldıqları gizli maliyyə qarşılığında antiazərbaycan təbliğatı aparır, müxtəlif sənədlərin qəbuluna cəhd göstərirlər.

Donald Trampın açıqladığı sənədlər faktiki olaraq Adam Şiffin korrupsioner mahiyyətini və Azərbaycanın bununla bağlı səsləndirdiyi ittihamlarını təsdiqləmiş oldu.

Yeri gəlmişkən, Adam Şiff Azərbaycanın saxtakar və korrupsioner əməllərdə ittiham etdiyi ilk Qərb siyasətçisi deyil.

Təxminən bir il əvvəl ABŞ-nin Nyu-Cersi ştatının senatoru Robert Menendes federal korrupsiya məhkəməsi tərəfindən bütün maddələr üzrə təqsirli bilinib. O, rüşvətxorluq, fırıldaqçılıq, xarici agent kimi fəaliyyət göstərmək və ədalətə maneə törətmək kimi 16 federal ittiham üzrə mühakimə olunub. Senatoru 20 ilə qədər həbs gözləyir. Bu ipoteka fırıldağında senatorun həyat yoldaşı erməni əsilli Nadine Menendes də ittiham olunub.

Qeyd edək ki, Senatın Xarici Əlaqələr Komitəsinə rəhbərlik etmiş qatı ermənipərəst Robert (Bob) Menendes uzun illər ABŞ-dəki erməni lobbisinin əsas simalarından biri olub.

Adam Şiff və Robert Menendes kimi siyasətçilər Azərbaycana qarşı yürüdülən işğalçılığı dəstəkləyib. Bu istiqamətdə təbliğat aparıb, ABŞ Konqresində anti-Azərbaycan dinləmələrinin təşkilində iştirak edib.

Onlar kimi qlobal miqyaslı saxtakar və dələduzlar ötən illər Avropa İttifaqı parlamentində də ifşa olunub. Avropa Parlamenti sədrinin müavini, yunanıstanlı Eva Kayli və daha dörd nəfərin ötən il Brüssel polisi tərəfindən saxlanılması bunu təsdiqləyir. Avropa Parlamentindəki korrupsiya şəbəkəsi ilə bağlı hələ onda istintaq prosesinə əlavə 15 deputat cəlb edilmişdi. Həbsi gözlənilən 15 nəfər Ermənistanın xeyrinə lobbiçilik işinin aktiv iştirakçılarıdırlar.

Sədr müavini Eva Kayli daxil olmaqla bu qrup uzun müddət “çirkli pulların yuyulmasında” iştirak ediblər. Bu isə Avropa Parlamentində Azərbaycan və Türkiyəyə qarşı korrupsiyaya ilə məşğul olan qrupun fəaliyyət göstərdiyini təsdiqləyib. Onda müstəntiqlər bir həftə ərzində keçirilən axtarış-əməliyyat tədbiri nəticəsində çamadan və portfellərdən 1,5 milyon avrodan artıq nağd pul aşkarlamışdılar. Polşanın ovaxtkı baş naziri Mateuş Moravetski hadisəyə belə münasibət bildirmişdi: “Mən Avropa parlamentində korrupsiyanın miqyasından dəhşətə gəlmişəm”.

Ümumilikdə, Avropa Parlamentindəki korrupsiya qalmaqalında 70-ə yaxın deputatın adı hallanırdı.

Bunlar son bir-iki ildə baş verən belə çoxsaylı hadisələrdən nümunə idi.

Belə faktlar Azərbaycanının beynəlxalq səviyyədə irəli sürdüyü ittihamların doğruluğunu, qərəzsizliyini təsdiqləyir.

Şiffin təmsil olunduğu partiyanın nümayəndəsi Cozef Bayden senator olduğu dövrdə Azərbaycana qarşı “907 saylı düzəliş” sanksiyanın həmmüəlliflərindəndir.

Onun 2020-2024-cü ildə prezidentliyi isə Azərbaycan-ABŞ əlaqələrinin ən çətin, arzu olunmaz dövrü olub. Bayden administrasiyasında ABŞ-nin dövlət katibi olmuş Antoni Blinken isə Azərbaycanla Ştatlar arasında əlaqələr tarixində yalanı üç günə açılan diplomat kimi qalacaq.

Göründüyü kimi, illər uzunu Azərbaycan qarşı aparılan yalan və saxtakarlıq kampaniyasının ən görkəmli, məşhur liderləri öz dövlətlərinə qarşı cinayət əməli törədiblər. Onların bu əməllərinin ifşa olunması isə həm də ənənəvi erməni lobbisinin istifadə müddətinin başa çatdığının göstəricisidir.

Görünür, 44 günlük müharibə onların da sırasını, yalan, böhtan üzərində qurulmuş istehkamını dağıdıb. Erməni lobbisi ABŞ-nin, Türkiyənin, Azərbaycanın, Ermənistanın əleyhinədir. Onlar təsdiqlənən fırıldaqlarına, saxtakarlıqlarına görə heç Cənubi Qafqazda yürüdülən yeni siyasətlə də ayaqlaşa bilmirlər.

Odur ki, ABŞ-Azərbaycan münasibətlərinə, əməkdaşlığına ziyan vuran, onu gözdən salan, öz dövlətlərinin mənafeyini satan şifflərin, menendeslərin törətdikləri cinayət əməllərinə görə cəzalanacaqları da uzaqda deyil.(Report)

Paylaş:
Digər xəbərlər

Gündəm / Dünya

24-06-2025, 10:07

Tramp atəşkəs rejiminin pozulmamasını xahiş edib

Dünya

13-06-2025, 14:23

Tramp: İran nüvə sazişi şansından istifadə etmədi

Gündəm / Dünya

22-05-2025, 09:04

Tramp Vaşinqtondakı atışmanı antisemitizm aktı adlandırıb

Gündəm / Dünya

21-02-2025, 07:33

Tramp: ABŞ tariflər sayəsində gəlir vergisini tamamilə ləğv edə bilər

Gündəm / Dünya

23-12-2024, 09:06

Tramp: Qrenlandiya Amerikanın mülkiyyətinə keçməlidir

Araşdırma
Əli Əsədov Çin Yol və Körpü Korporasiyasının prezidenti ilə görüşüb
Magistraturaya boş qalan plan yerlərinə 617 nəfər qəbul edilib
Azərbaycanda 921 diplom tanınmadı - RƏSMİ
Savaşlardan doğulmuş Pakistan - 78 illik sınaqlardan üzüağ çıxan dövlət - ŞƏRH
Fransa XİN: Alyaskadakı sammit atəşkəs və danışıqların başlanmasına gətirib çıxarmalıdır
DSX: Ay ərzində dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
Hadisə
25-08-2025, 16:48
Qəbələdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
25-08-2025, 15:33
“Sədərək”dəki yanğın tam söndürüldü - YENİLƏNİB
23-08-2025, 11:38
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
22-08-2025, 17:39
Abşeronda boya sexində baş verən yanğında 6 nəfər tüstüdən zəhərlənib
19-08-2025, 13:57
Gəncədə dayısı və arvadını bıçaqlamaqda təqsirləndirilən şəxs 19 il azadlıqdan məhrum edilib
19-08-2025, 11:55
Saatlıda avtomobil su kanalına düşüb, xəsarət alan var
Son xəbərlər
  • 27-08-2025, 18:56
    KİV: Yaponiya və ABŞ sentyabrda təlim keçirəcək
  • 27-08-2025, 17:29
    Zəngəzur dəhlizi - iqtisadi dividendlərdən siyasi sabitliyə - TƏHLİL
  • 27-08-2025, 16:45
    3 rayonda qaz kəsiləcək
  • 27-08-2025, 15:33
    Energetika naziri Samuxda vətəndaşları qəbul edəcək
  • 27-08-2025, 13:46
    Azərbaycan millisinin baş məşqçisinin mətbuat konfransı keçiriləcək
  • 27-08-2025, 12:21
    Ermənistan və Qırğızıstan XİN başçıları Vaşinqtonda əldə edilmiş razılaşmaları müzakirə ediblər
  • 27-08-2025, 11:25
    Küləki hava avqustun 29-dək davam edəcək
  • 26-08-2025, 18:50
    Xətai rayonunun bir hissəsinə suyun verilməsi müvəqqəti dayandırılacaq
  • 26-08-2025, 18:22
    Bakıda Azərbaycan-Ukrayna IT forumu keçiriləcək
  • 26-08-2025, 17:37
    Təhsil krediti alan tələbələrin əhatə dairəsi genişləndirilib
  • 26-08-2025, 16:19
    Mikayıl Cabbarov: "Azərbaycan-ABŞ ticarət əməkdaşlığı yüksələn xətlə inkişaf edir"
  • 26-08-2025, 15:44
    Əli Əsədov: İlham Əliyevin rəhbərliyi ilə qazanılan zəfərlər Vaşinqtonda ABŞ Prezidentinin iştirakı və imzası ilə rəsmiləşdirildi
  • 26-08-2025, 14:39
    Salem Əl-Ketbi: Əliyev və Paşinyan Cənubi Qafqazda xəritələri və marşrutları yenidən formalaşdıra biləcək saziş imzalayıblar
  • 26-08-2025, 12:46
    Sabah yağış yağacaq - PROQNOZ
  • 26-08-2025, 11:18
    Bu il internat müəssisələrində valideynlərini itirmiş uşaqların sayı artıb
  • 26-08-2025, 09:53
    Binəqədi rayonunun bəzi ərazilərində işıq olmayacaq
  • 26-08-2025, 09:13
    Tramp ABŞ texnologiya şirkətlərinə təzyiq edən ölkələri rüsumları artırmaqla hədələyib
  • 26-08-2025, 08:52
    Bu gün Mehriban Əliyevanın doğum günüdür
  • 25-08-2025, 18:32
    Prezident İlham Əliyev onu böyük lider adlandıran Donald Trampa təşəkkür edib
  • 25-08-2025, 17:22
    Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
  • 25-08-2025, 16:48
    Qəbələdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
  • 25-08-2025, 16:06
    Şahin Şıxlinskidən xəbər var! - Toyuq hini kimi yerdə saxlanılır, vəziyyəti ağırdır
  • 25-08-2025, 15:33
    “Sədərək”dəki yanğın tam söndürüldü - YENİLƏNİB
  • 25-08-2025, 12:27
    Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq
  • 25-08-2025, 12:01
    İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib
  • 23-08-2025, 15:58
    Ceyhun Bayramov ilə Sergey Lavrov regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib
  • 23-08-2025, 11:38
    Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
  • 23-08-2025, 11:22
    Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
  • 23-08-2025, 10:56
    Dünya fond bazarlarının əsas indeks göstəriciləri
  • 23-08-2025, 10:25
    Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu
  • 22-08-2025, 19:10
    Tramp Zelenski və Putini təkbətək görüşdürmək istəyir
  • 22-08-2025, 18:52
    Aİ, Britaniya və Avstraliya XİN başçıları İsrailin yeni planını pisləyib
  • 22-08-2025, 18:33
    Füzuli və Arxadağ şəhərləri qardaşlaşıb
  • 22-08-2025, 17:39
    Abşeronda boya sexində baş verən yanğında 6 nəfər tüstüdən zəhərlənib
  • 22-08-2025, 17:03
    Əli Əsədov Çin Yol və Körpü Korporasiyasının prezidenti ilə görüşüb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Natiq Zabitoğlu Rəhimov
  • Telefon: (+99450) 887 22 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ekomediatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə