• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Fransada böhran qapıda – Makronun Livan saxtakarlığı, cinsi azlıq, erməni siyasəti - ŞƏRH

Gündəm / Siyasət

23-09-2024, 16:00

Fransada böhran qapıda – Makronun Livan saxtakarlığı, cinsi azlıq, erməni siyasəti - ŞƏRH


Prezident Emmanuel Makronun Fransa hökumətindən təcrübə laboratoriyası kimi istifadəsi davam edir. O, ölkə tarixinin ən ziddiyyətli dövlət başçısıdır.

Bu ilin yayında Fransada keçirilən parlament seçkilərində Marin Le Penin sağçı Milli Birlik Partiyası qələbə qazanıb. Emmanuel Makronun “Birgə Respublika Naminə” mərkəzçi bloku ikinci yerdə olub.

Milli Birlik Partiyası səslərin mütləq çoxunu toplamadığından hökuməti təkbaşına qura bilməyib. Marin Le Penlə koalisiya hökuməti qurmağa razılıq verən siyasi qüvvə olmadığı üçün hökuməti Makronun partiyası qurub.

Seçkilərdən sonra Fransa siyasi böhranla üzləşib. Yeni hökumətin qurulması üçün dövlət başçısının 51 gün vaxt sərf etməsi də ölkədə vəziyyətin siyasi cəhətdən ağırlığından xəbər verir.

Nəhayət, Makron 73 yaşlı Mişel Barneni baş nazir vəzifəsinə təyin edib. O, əvvəllər xarici işlər naziri olub və siyasi qüvvələri birləşdirmək, balansı gözləmək üçün bütün tərəfləri təmsil etməyə çalışıb.

Marin Le Pen Makronun bu sınağında iştirakdan imtina edib.

Yeni hökumət sağ mərkəzçi sayılır. Hökumət Makronun başçılıq etdiyi “Birgə Respublika Naminə” seçki bloku, mühafizəkar Respublikaçılar Partiyası və onlara yaxın başqa kiçik siyasi qüvvələrdən formalaşıb. Yalnız müdafiə naziri Sebastyan Lekorn öz kreslosunu qoruyub.

XİN başçısı mərkəzçi Jan-Noel Barro, daxili işlər naziri isə mühafizəkar Bryuno Reayo təyin edilib. 39 nazirdən ibarət Mişel Barne hökumətinin yeddi əsas nazirliyinə Makronun adamı başçılıq edəcək.

Yeni hökumət formalaşdırılsa da, ölkədə siyasi etirazlar davam edir.

“Vətənpərvərlər” Partiyasının lideri Florian Filippo X sosial şəbəkəsində belə çağırış edib: “Mişel Barnenin rəhbərlik etdiyi yeni Fransa hökuməti devrilməlidir”.

O əlavə edib ki, yeni hökumət qəddar bir istehzadır: “Ona görə də biz bu hökumətdən mümkün qədər tez qurtulmalıyıq”.

Filippo Barne hökumətini hamını ümidsizliyə sürükləyən “oliqarx ziyili” adlandırıb.

Avropa parlamentinə seçkilərdə uğursuzluq Emmanuel Makrona ən böyük etimadısızlıqdır.

Yeri gəlmiş prezidentliyinin birinci dönəmində 2017-2022-ci ildə, yəni beş ildə Fransanın iki baş naziri olub – Eduar Filipp (2017—2020), Jan Kasteks (2020—2022).

Dövlətə başçılığının ikinci müddətinin ilk iki ilində o, üç baş nazir təyin edib: Elizabet Born (2022—2024), Qabriel Attal (2024-cü yanvarın 9-dan sentyabrın 5-dək), Mişel Barne (2024-cü il sentyabrın 21-dən).

Hökumət başçısı və kabinetin tez-tez dəyişməsi demokratiyanın deyil, sabitliyin, istiqrarın olmamasının göstəricisi sayılır.

Mişel Barne hökumətinin taleyi Marin Le Pen fraksiyasının susması müddətindən asılıdır. O, yeni kabineti “keçid hökuməti” adlandıraraq, fransızların gözləntilərindən uzaq olduğunu bildirib.

Le Penin sözlərinə görə, bu hökumət “qeyri-təbii ittifaqlar"ın bağlanması nəticəsində yaranıb: “Biz Fransanın ayağa qalxmasına imkan vermək üçün çağırdığımız böyük dəyişikliklərə hazırlaşmağa davam edəcəyik”.

Bununla yanaşı, Marin Le Pen yaxın vaxtlarda hökumətə etimad səsverməsinin mümkünlüyünü şərh etməyib.

Çünki yeni hökumətdə təmsil olunan partiyalar parlamentdə çoxluğa malik olmayacaq. Bu baxımdan Nazirlər Kabineti çox güman ki, mütəmadi olaraq müxalifət qrupların - sol və ifrat sol qüvvələrin nümayəndələrinin daxil olduğu Yeni Xalq Cəbhəsi, həmçinin Marin Le Penin başçılıq etdiyi siyasi qüvvənin dəstəyini almağa çalışacaq. Fransa parlamentində 577 deputat var. Yeni hökumət zəruru olan 289 mütləq səs çoxluğunda 240 deputatla təmsil olunur. Bu isə parlamentdə hökumətin davamlılığına problem yarada bilər. Başqa sözlə, Fransada yeni hökumət böhranın yaranması mümkündür.

Bu gün Emmanuel Makronun sədrliyi ilə yeni kabinetin ilk iclası keçiriləcək.

Müxtəlif siyasi qüvvələri bir yerə toplamaqla prezident növbəti sınağını keçirib.

Xatırladaq ki, bu il yanvarın 9-unda Elizabet Born istefa verdikdən sonra Qabriel Attal yeni baş nazir təyin edilib. 34 yaşlı Q. Attal ölkə tarixində ən gənc baş nazir olub. Bildirilib ki, Qabrial Attal Fransa prezidentinin yaxın tərəfdaşıdır. O, ölkənin cinsi azlıq nümayəndəsi olduğu iddia edilən ilk baş naziri idi. Yeni baş nazir isə “sevgilisi” cinsi azlığın nümayəndəsi 38 yaşlı Stefan Sejurneni xarici işlər naziri təyin etmişdi. Məlumatlara əsasən, “İntibah” partiyasının lideri olan Sejurne 34 yaşlı Attalla vətəndaş nikahında yaşayır.

Qeyd edək ki, Fransa Konstitusiyasına əsasən, ölkədə prezident baş naziri, onun təklifləri əsasında hökumətin başqa üzvlərini təyin edir.

Onu da vurğulayaq ki, Fransa hökuməti hazırda böhran dövrünü yaşayır.

Makronun təyin etdiyi yeni hökumətdə cinsi azqlıların erməni etnik qrupunun nümayəndələri ilə əvəzlənməsini də sınaqlara nümunə saymaq olar.

Məlumata görə, Astrid Panosyan-Buve əmək və məşğulluq naziri, Giyom Kasparyan isə dövlət qulluğu işləri, ictimai fəaliyyətin sadələşdirilməsi və transformasiyası naziri təyin edilib.

Ehtimal etmək olar ki, prezident cinsi azlıqların təmsilçilərinin hökumətə gətirməklə qarşıdan gələn parlament seçkilərində cəmiyyətin bu təbəqəsinin səsini qazanmağı hədəf götürüb. İyunun 30-u və iyulun 7-də keçirilmiş siyasi kampaniyada onun planı reallaşmayıb.

Ona görə də belə mülahizə etmək olar ki, gələcək planlarını reallaşdırmaq, habelə vaxtından qabaq prezident postundan getməmək üçün erməni etnik qrupunun nümayəndələrini hökumətə daxil etməklə onların lobbisindən faydalanmağa səy göstərir.

Hökumətdə apardığı təcrübələri Makron xarici siyasi kursunda da davam etdirir.

İsraillə Livan arasında gərginlik artmaqdadır. Son günlər “Hizbullah” İsrailin şimalını, qarşı tərəf isə Beyrutu vurur.

Makron Livanda Fransanın mövqeyini qorumaq, Yaxın Şərqdə varlıqlarını qorumaq məqsədi ilə ötən gün Livan xalqına müraciət edib: "Əziz livanlılar, əziz dostlarım. Çaşqınlıq və kədər içində ümid var. Fransa bu xaosda, bu ağrıda sizinlədir".

Bu isə Makronun saxtakarlığından xəbər verir. Fransa ordusunun əsgəri heç vaxt “Hizbullah” və Livan ordusu ilə birlikdə İsrailə qarşı müharibə aparmayacaq. Çünki bu rəsmi Parisin Qərbdən olan müttəfiqlərinə, ilk növbədə ABŞ və Böyük Britaniyaya qarşı çıxmaqdır. Fransanın isə bu etməyə cürəti və siyasi iradəsi yetməz. Bir müddət əvvəl o, Ukraynaya hərbçi göndərməklə bağlı bəyanat vermişdi. Bu fikri ona dəstək qazandırmadı. İndi o, Rusiya ilə yaxınlaşmağa dair dolayı yolla açıqlamalar verir.

Emmanuel Makron hakimiyyətinin ölkə daxilində yeni siyasi böhranla üzləşəcəyi istisna edilmir. O, Livanla bağlı məsələni gündəliyə gətirməklə diqqəti bu istiqamətdə yönəltməyə səy göstərir. Odur ki, Fransa xarici siyasətdə saxtakarlıq edir, daxildə isə bir təbəqənin nümayəndələrini başqası ilə əvəzləməklə “milli birlik” yaratmağa səy göstərir. Böhran isə Fransanın qapısından uzaqda deyil.(Report)



 

Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

21-09-2024, 11:17

Avroparlamentdən Gürcüstan çağırışı - Seçkilər saxtalaşdırılsa...

Gündəm / Cəmiyyət

17-09-2024, 11:09

Mansur Yavaş CHP-dən gedir?

Gündəm / Siyasət

10-09-2024, 16:27

Keşişi abbat Pyer, Prezidenti Makron olan Fransa - ANALİZ

Gündəm / Dünya

5-09-2024, 15:37

Fransaya yeni baş nazir təyin edilib

Gündəm / Araşdırma

4-09-2024, 11:34

Parlament komitələrinin rəhbərliyində ciddi dəyişikliklər olacaq

Araşdırma
Əli Əsədov Çin Yol və Körpü Korporasiyasının prezidenti ilə görüşüb
Magistraturaya boş qalan plan yerlərinə 617 nəfər qəbul edilib
Azərbaycanda 921 diplom tanınmadı - RƏSMİ
Savaşlardan doğulmuş Pakistan - 78 illik sınaqlardan üzüağ çıxan dövlət - ŞƏRH
Fransa XİN: Alyaskadakı sammit atəşkəs və danışıqların başlanmasına gətirib çıxarmalıdır
DSX: Ay ərzində dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
Hadisə
25-08-2025, 16:48
Qəbələdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
25-08-2025, 15:33
“Sədərək”dəki yanğın tam söndürüldü - YENİLƏNİB
23-08-2025, 11:38
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
22-08-2025, 17:39
Abşeronda boya sexində baş verən yanğında 6 nəfər tüstüdən zəhərlənib
19-08-2025, 13:57
Gəncədə dayısı və arvadını bıçaqlamaqda təqsirləndirilən şəxs 19 il azadlıqdan məhrum edilib
19-08-2025, 11:55
Saatlıda avtomobil su kanalına düşüb, xəsarət alan var
Son xəbərlər
  • 27-08-2025, 18:56
    KİV: Yaponiya və ABŞ sentyabrda təlim keçirəcək
  • 27-08-2025, 17:29
    Zəngəzur dəhlizi - iqtisadi dividendlərdən siyasi sabitliyə - TƏHLİL
  • 27-08-2025, 16:45
    3 rayonda qaz kəsiləcək
  • 27-08-2025, 15:33
    Energetika naziri Samuxda vətəndaşları qəbul edəcək
  • 27-08-2025, 13:46
    Azərbaycan millisinin baş məşqçisinin mətbuat konfransı keçiriləcək
  • 27-08-2025, 12:21
    Ermənistan və Qırğızıstan XİN başçıları Vaşinqtonda əldə edilmiş razılaşmaları müzakirə ediblər
  • 27-08-2025, 11:25
    Küləki hava avqustun 29-dək davam edəcək
  • 26-08-2025, 18:50
    Xətai rayonunun bir hissəsinə suyun verilməsi müvəqqəti dayandırılacaq
  • 26-08-2025, 18:22
    Bakıda Azərbaycan-Ukrayna IT forumu keçiriləcək
  • 26-08-2025, 17:37
    Təhsil krediti alan tələbələrin əhatə dairəsi genişləndirilib
  • 26-08-2025, 16:19
    Mikayıl Cabbarov: "Azərbaycan-ABŞ ticarət əməkdaşlığı yüksələn xətlə inkişaf edir"
  • 26-08-2025, 15:44
    Əli Əsədov: İlham Əliyevin rəhbərliyi ilə qazanılan zəfərlər Vaşinqtonda ABŞ Prezidentinin iştirakı və imzası ilə rəsmiləşdirildi
  • 26-08-2025, 14:39
    Salem Əl-Ketbi: Əliyev və Paşinyan Cənubi Qafqazda xəritələri və marşrutları yenidən formalaşdıra biləcək saziş imzalayıblar
  • 26-08-2025, 12:46
    Sabah yağış yağacaq - PROQNOZ
  • 26-08-2025, 11:18
    Bu il internat müəssisələrində valideynlərini itirmiş uşaqların sayı artıb
  • 26-08-2025, 09:53
    Binəqədi rayonunun bəzi ərazilərində işıq olmayacaq
  • 26-08-2025, 09:13
    Tramp ABŞ texnologiya şirkətlərinə təzyiq edən ölkələri rüsumları artırmaqla hədələyib
  • 26-08-2025, 08:52
    Bu gün Mehriban Əliyevanın doğum günüdür
  • 25-08-2025, 18:32
    Prezident İlham Əliyev onu böyük lider adlandıran Donald Trampa təşəkkür edib
  • 25-08-2025, 17:22
    Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
  • 25-08-2025, 16:48
    Qəbələdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
  • 25-08-2025, 16:06
    Şahin Şıxlinskidən xəbər var! - Toyuq hini kimi yerdə saxlanılır, vəziyyəti ağırdır
  • 25-08-2025, 15:33
    “Sədərək”dəki yanğın tam söndürüldü - YENİLƏNİB
  • 25-08-2025, 12:27
    Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq
  • 25-08-2025, 12:01
    İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib
  • 23-08-2025, 15:58
    Ceyhun Bayramov ilə Sergey Lavrov regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib
  • 23-08-2025, 11:38
    Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
  • 23-08-2025, 11:22
    Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
  • 23-08-2025, 10:56
    Dünya fond bazarlarının əsas indeks göstəriciləri
  • 23-08-2025, 10:25
    Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu
  • 22-08-2025, 19:10
    Tramp Zelenski və Putini təkbətək görüşdürmək istəyir
  • 22-08-2025, 18:52
    Aİ, Britaniya və Avstraliya XİN başçıları İsrailin yeni planını pisləyib
  • 22-08-2025, 18:33
    Füzuli və Arxadağ şəhərləri qardaşlaşıb
  • 22-08-2025, 17:39
    Abşeronda boya sexində baş verən yanğında 6 nəfər tüstüdən zəhərlənib
  • 22-08-2025, 17:03
    Əli Əsədov Çin Yol və Körpü Korporasiyasının prezidenti ilə görüşüb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Natiq Zabitoğlu Rəhimov
  • Telefon: (+99450) 887 22 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ekomediatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə