• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

2025-ci ildə bu filmləri izləyə biləcəyik - SİYAHI

Gündəm / Cəmiyyət

3-01-2025, 13:04

2025-ci ildə bu filmləri izləyə biləcəyik - SİYAHI

2025-ci ilin kino sənayesində yeniliklərlə dolu olacağı gözlənilir. Bu il kinosevərlər üçün bir çox maraqlı və fərqli janrda filmlər təqdim ediləcək. 

Həmin filmlərini bəzilərini təqdim edirik.

Bu gündən - 3 yanvar tarixindən kinoteatrlarda nümayiş olunan “Nosferatu” filmi: Bram Stokerin 1897-ci ildə yazdığı "Drakula" romanı əsasında 1922-ci ildə lentə alınan səssiz filmi yenidən şərh edilib, ekran işində vampirlərin qaranlıq dünyası təsvir edilir. Əsasən qorxu filmləri ilə tanınan rejissor Robert Eqqersin bu ekran işinin baş rolları Lily-Rose Depp, Nikolas Holt, Uilem Dafoe və Bill Skarsgard canlandırır.

Elmi fantastika və qara komediya janrında çəkilən, Oskar mükafatlı rejissor Bong Joon-Honun “Mickey 17” filmi də bu ilin gözlənilən ekran işləri sırasındadır. Kinoda planetlər və ulduzlararası səyahətlərdən, həmçinin bu səyahətlərin qəhrəmanlarından bəhs edilir. Baş rolu Robert Pattinsonun canlandırdığı ekran işi 18 apreldə kinosevərlərin görüşünə gələcək.

Colson Uaythedinin eyniadlı romanı əsasında eranlaşdırılan “Nikel Boys” filmi də bu il yayımlanacaq ekran əsərlərindəndir. Film Dozier Məktəbinin tarixindən, məktəb kollektivinin şagirdlərə qarşı necə qəddar davranmasından və qaradərili bir yeniyetmənin irqçiliyə qarşı mübarizəsindən bəhs edir. Rejissor Ramell Rossun lentə aldığı filmin buraxılış tarixi hələki müəyyən edilməyib.

Venesiya Film Festivalında premyerası olan “Babygirl” filmi də bu il kinoteatrları bəzəyəcək. Ekran işi Romi Harris Dikinsonun ifa etdiyi böyük bir şirkətin baş direktoru olan Samuel ilə Nikol Kidmanın canlandırdığı təcrübəçi arasında olan qeyri-qanuni münasibətdən, ailə həyatı və kariyerasını təhlükəyə atmasından bəhs edir. Nikol Kidmanın cəsarətli oyunu ilə tanınan ekran işində Ester Rouz Makqreqor da rol alır. Film 24 yanvar tarixində yayımlanacaq.

Feysbukun qurucusu Mark Zukerberq və onun dostlarının hekayəsindən bəhs edən "The Social Network" filminin davamı olan yeni ekran işi də bu il kinoteatrlarda izləyə biləcəyiniz filmlər sırasındadır. "Real Pain" adlı filmdə Cessi Eyzenberq və Endryu Qarfild nənələri üçün Polşaya səyahətə gedən iki əmi oğlunu canlandırırlar. 28 fevralda izəyə biləcəyiniz filmin prodüserləri arasında aktrisa Emma Stoun da var.

Məşhur amerikalı musiqiçi Bob Dilanın həyatından bəhs edən “A Complete Unknown” filmi isə 7 fevralda filmsevərlərin görüşünə gələcək. Ekran işində baş rolu Timati Çalamet canlandırır. Monika Barbaro isə musiqiçi Joan Baez rolunda çıxış edir.

Bu il Kann Film Festivalında premyerası keçirilən və münsiflər heyətinin xüsusi mükafatını alan “The Seed of the Sacred Fig” filminin yayımlanmasına isə sayılı günlər qalır.  Ekran işi İranda gender bərabərsizliyi və din vasitəsilə qadınlara qarşı zülmdən bəhs edir. Etirazlara dəstək verdiyinə görə həbs və şallaq cəzasına məhkum edilən rejissor Məhəmməd Rəsulof filmi gizli şəkildə lentə alaraq İrandan qaçıb. Böyük maraq doğuran ekran işini 10 yanvar tarixində kinoteatrlarda izləyə biləcəksiniz… 

Danny Boylinin  eyniadlı ekran işinin davamı olan “28 Years Later” filmi də yenidən nümayiş olunacaq. Aaron Taylor-Conson və Ralf Finnesin rol aldığı, 20 iyunda yayılanacaq ekran işi zombi hücumlarından sağ qalmağa çalışan insanların həyatından bəhs edir. 

Bu ilin səbrsizliklə gözlənilən ekran işlərindən biri də illərdir sevərək izlənilən “Mission: Impossible” filminin “-The Final Reckoning” final bölümüdür.  Ssenari müəllifi Erik Jendresen, rejissoru Kristofer MakQuari olan ekran işinin baş rolu agent  Ethan Hant rolunu isə aktyor Tom Kruz canlandırır. 23 may tarixində son bölümü ilə film böyük ekranlarda izləmək mümkün olacaq.

Formula 1 pilotu Lyuis Həmiltonun prodüserlər arasında yer aldığı F1 filmində isə Bred Pitt və Xavyer Bardem baş rolda çıxış edir. Film iyun ayında nümayiş olunacaq.

İl ərzində gözlənilən super qəhrəman filmləri arasında "Kapitan Amerika: Cəsur Yeni Dünya", "Supermen", "Fantastik Dördlük: İlk Addımlar" var.

Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

10-01-2025, 09:07

BİZİM TƏQVİM: 10 yanvar tarixində baş vermiş tarixi hadisələr

Gündəm / İdman

4-12-2024, 13:25

Messi və komanda yoldaşları Bakıya gəlir - Bu tarixdə

Gündəm / İqtisadiyyat

25-11-2024, 14:10

“Neftin 2026-2028-ci illərdə 65 dollar olacağı proqnozlaşdırılır”

Gündəm / Cəmiyyət

23-11-2024, 08:28

BİZİM TƏQVİM: 23 noyabrda baş vermiş tarixi hadisələr

Gündəm / Cəmiyyət

1-11-2024, 14:24

Bu il Azərbaycanda bələdiyyə seçkiləri keçirilməyəcək

Araşdırma
Əli Əsədov Çin Yol və Körpü Korporasiyasının prezidenti ilə görüşüb
Magistraturaya boş qalan plan yerlərinə 617 nəfər qəbul edilib
Azərbaycanda 921 diplom tanınmadı - RƏSMİ
Savaşlardan doğulmuş Pakistan - 78 illik sınaqlardan üzüağ çıxan dövlət - ŞƏRH
Fransa XİN: Alyaskadakı sammit atəşkəs və danışıqların başlanmasına gətirib çıxarmalıdır
DSX: Ay ərzində dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
Hadisə
25-08-2025, 16:48
Qəbələdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
25-08-2025, 15:33
“Sədərək”dəki yanğın tam söndürüldü - YENİLƏNİB
23-08-2025, 11:38
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
22-08-2025, 17:39
Abşeronda boya sexində baş verən yanğında 6 nəfər tüstüdən zəhərlənib
19-08-2025, 13:57
Gəncədə dayısı və arvadını bıçaqlamaqda təqsirləndirilən şəxs 19 il azadlıqdan məhrum edilib
19-08-2025, 11:55
Saatlıda avtomobil su kanalına düşüb, xəsarət alan var
Son xəbərlər
  • 27-08-2025, 18:56
    KİV: Yaponiya və ABŞ sentyabrda təlim keçirəcək
  • 27-08-2025, 17:29
    Zəngəzur dəhlizi - iqtisadi dividendlərdən siyasi sabitliyə - TƏHLİL
  • 27-08-2025, 16:45
    3 rayonda qaz kəsiləcək
  • 27-08-2025, 15:33
    Energetika naziri Samuxda vətəndaşları qəbul edəcək
  • 27-08-2025, 13:46
    Azərbaycan millisinin baş məşqçisinin mətbuat konfransı keçiriləcək
  • 27-08-2025, 12:21
    Ermənistan və Qırğızıstan XİN başçıları Vaşinqtonda əldə edilmiş razılaşmaları müzakirə ediblər
  • 27-08-2025, 11:25
    Küləki hava avqustun 29-dək davam edəcək
  • 26-08-2025, 18:50
    Xətai rayonunun bir hissəsinə suyun verilməsi müvəqqəti dayandırılacaq
  • 26-08-2025, 18:22
    Bakıda Azərbaycan-Ukrayna IT forumu keçiriləcək
  • 26-08-2025, 17:37
    Təhsil krediti alan tələbələrin əhatə dairəsi genişləndirilib
  • 26-08-2025, 16:19
    Mikayıl Cabbarov: "Azərbaycan-ABŞ ticarət əməkdaşlığı yüksələn xətlə inkişaf edir"
  • 26-08-2025, 15:44
    Əli Əsədov: İlham Əliyevin rəhbərliyi ilə qazanılan zəfərlər Vaşinqtonda ABŞ Prezidentinin iştirakı və imzası ilə rəsmiləşdirildi
  • 26-08-2025, 14:39
    Salem Əl-Ketbi: Əliyev və Paşinyan Cənubi Qafqazda xəritələri və marşrutları yenidən formalaşdıra biləcək saziş imzalayıblar
  • 26-08-2025, 12:46
    Sabah yağış yağacaq - PROQNOZ
  • 26-08-2025, 11:18
    Bu il internat müəssisələrində valideynlərini itirmiş uşaqların sayı artıb
  • 26-08-2025, 09:53
    Binəqədi rayonunun bəzi ərazilərində işıq olmayacaq
  • 26-08-2025, 09:13
    Tramp ABŞ texnologiya şirkətlərinə təzyiq edən ölkələri rüsumları artırmaqla hədələyib
  • 26-08-2025, 08:52
    Bu gün Mehriban Əliyevanın doğum günüdür
  • 25-08-2025, 18:32
    Prezident İlham Əliyev onu böyük lider adlandıran Donald Trampa təşəkkür edib
  • 25-08-2025, 17:22
    Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
  • 25-08-2025, 16:48
    Qəbələdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
  • 25-08-2025, 16:06
    Şahin Şıxlinskidən xəbər var! - Toyuq hini kimi yerdə saxlanılır, vəziyyəti ağırdır
  • 25-08-2025, 15:33
    “Sədərək”dəki yanğın tam söndürüldü - YENİLƏNİB
  • 25-08-2025, 12:27
    Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq
  • 25-08-2025, 12:01
    İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib
  • 23-08-2025, 15:58
    Ceyhun Bayramov ilə Sergey Lavrov regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib
  • 23-08-2025, 11:38
    Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
  • 23-08-2025, 11:22
    Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
  • 23-08-2025, 10:56
    Dünya fond bazarlarının əsas indeks göstəriciləri
  • 23-08-2025, 10:25
    Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu
  • 22-08-2025, 19:10
    Tramp Zelenski və Putini təkbətək görüşdürmək istəyir
  • 22-08-2025, 18:52
    Aİ, Britaniya və Avstraliya XİN başçıları İsrailin yeni planını pisləyib
  • 22-08-2025, 18:33
    Füzuli və Arxadağ şəhərləri qardaşlaşıb
  • 22-08-2025, 17:39
    Abşeronda boya sexində baş verən yanğında 6 nəfər tüstüdən zəhərlənib
  • 22-08-2025, 17:03
    Əli Əsədov Çin Yol və Körpü Korporasiyasının prezidenti ilə görüşüb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Natiq Zabitoğlu Rəhimov
  • Telefon: (+99450) 887 22 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ekomediatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə